
Az miqdarda içki qəbul etmək xarici dil öyrənməyi asanlaşdırır.
"Qaynarinfo" xəbər verir ki, Hollandiyada aparılan tədqiqat az miqdarda qəbul edilən içkinin müəyyən qədər öyrənilmiş dildə danışmağı asanlaşdırıdığını sübut edib.
Hollandiyanın Maastrikt Universiteti İngiltərədəki Kinqs Kolleci və Liverpul Universitetinin mütəxəssisləri ilə birlikdə spirtli içkilərin dil öyrənməyə etdiyi təsirləri araşdırıb. Tədqiqat zamanı bir müddət əvvəl holland dilini öyrənməyə başlamış 50 nəfərlik Almaniya vətəndaşına az miqdarda spirtli içki verilib. İçkinin miqdarı hər kəsin orqanizminə və yaşına uyğun olaraq tənzimlənib.
Qrupun digər yarısına isə spirtsiz içki verilib. Ancaq iştirakçılara içkilərin spirtsiz olduğu söylənməyib. Spirtli içki içən qrup holland dilində daha yaxşı danışmağa başladığı halda, digər qrup danışmaqda çətinlik çəkib. Müşahidəçilər bunun səbəbini içkinin kompleksləri dağıtması kimi qiymətləndiriblər. Belə ki, spirtli içki insanda utancaqlıq hissini azaldır və cəsarəti artırır. Bu da hər mənada rahatlığa gətirib çıxarır.
Nərmin Həsənli
Qaynarinfo.Az