İraqın paytaxtı Bağdad yaxınlığında yerləşən Asriyə kəndindəki stadionda baş verən partlayışı İŞİD törədib. Qaynar.info xəbər verir ki, artıq "canlı bomba"nın kimliyi müəyyənləşib.
Məlumata görə, İŞİD bu dəfə 15-16 yaşlı oğlandan "canlı bomba" kimi istifadə edib. Artıq onun kimliyi də məlumdu. Bu İŞİD üzvü Seyfullah əl-Ənsari olub.
Bu arada partlayışın görüntüləri də yayılıb. Stadiondakı tamaşaçılardan biri oyunu lentə alan zaman partlayış baş verib. Partlayış anından sonra çəkiliş də dayanıb.
Qeyd edək ki, hadisə dünən yerli komandalar arasında keçirilən matçın sonunda baş verib. Kubokun təqdim olunması zamanı tamaşaçılar arasındakı "canlı bomba" özünü partladıb. Nəticədə 65 nəfər ölüb, 80 nəfər yaralanıb.
Qaynar.info





