Xəbər lenti

STAR zavoduna indiyədək 4 mlrd. dollar xərclənib
Ekonomiks14:33 16.07.2016

STAR zavoduna indiyədək 4 mlrd. dollar xərclənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşası davam edən, ümumi dəyəri 5,6 mld. dollar olan STAR neft emalı zavodunun 70% hissəsi tamamlanıb.
"Report" xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev Türkiyənin "Hürriyet" qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, indiyədək neft emalı zavodu layihəsinə xərclənən vəsait 4 mlrd. dollar olub.
V. Əliyev "Petkim Petrokimya Holdinq A.Ş."-dən də danışaraq özəlləşdirmə üzrə tenderdən sonra 2008-ci ildə holdinqin alındığını, özəlləşdirmə dəyərindən başqa "Petkim"ə hər il 100 mln. dollar vəsait yatırıldığını qeyd edib. O, həmçinin bildirib ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) daxil olmaqla Türkiyəyə yatırılacaq vəsait ümumilikdə 20 mlrd. dollar olacaq.
Qeyd edək ki, "Star" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulub. Zavodda ilk istehsala 2018-ci ilin mart ayında başlanacağı planlaşdırılır.
2008-ci il mayın 30-da keçirilən hərracda "Petkim Petrokimya Holdinq A.Ş."-nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Daha sonra birjadan 5% hissə alınıb. Əlavə olunan səhmlər (15%) bazar konyukturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi "Petkim Holding"dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.
Qaynarinfo.Az