"Xarici valyutalara üstünlük vermək üçün gərək camaatın pulu olsun. Həmin sorğunun nəticələrinə inansaq, deyə bilərik ki, bu gün Azərbaycan əhalisinin 61,5 %-nin pul yığımı imkanı yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Sosial Tədqiqatlar Mərkəzinin vətəndaşların pul yığımı ilə bağlı keçirdiyi sorğunun nəticələrinə münasibət bildirərkən deyib. Onun fikrincə, bu gün Azərbaycan əhalisinin yalnız 10-20%-i pul yığa bilir:
"Dəfələrlə çıxışlarımda tövsiyə etmişəm ki, vətəndaşlar məhz yığacağı pulu xarici valyutada saxlasın. Əgər əlinizdə 4-5 aylıq dolanmaq üçün pulunuz varsa, onu xarici valyutaya keçirməyin heç bir mənası yoxdur. Sabah pul lazım olanda yenə gedib dolları manata çevirəcəksiniz və nəticədə itkiyə məruz qalacaqsınız. Əhalinin 10-20% yığım edə bilir. Onlar yığımı xarici valyutada saxlayırlar. 61,5 %-in isə yığım imkanları yoxdur”.
Ekspert onu da əlavə edib ki, 2017-ci ilin fevral ayından indiyə kimi manatın məzənnəsi sabitdir:
"Manat 1,7-də durub tərpənmir. Bu da əhalinin müəyyən hissəsindıə inam yaradıb ki, manat sabitdir. Hər bir halda bziləri həqiqətən də inanır ki, manat həmişə belə qalacaq”.
Qeyd edək, Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların pul yığımı ilə bağlı sorğu keçirib. Sorğunun nəticələrinə görə, Azərbaycan vətəndaşlarının 31,5%-i əlindəki vəsaiti manatda saxlayır, 61,7%-i isə ehtiyatda vəsait olacağı halda onu manat formasında saxlayacağını bildirib.
Bahar Rüstəmli