Xəbər lenti

Ştuxlik azərbaycanlı hakimlərdən FİFA fitnes testi götürdü
İdman18:05 08.09.2020

Ştuxlik azərbaycanlı hakimlərdən FİFA fitnes testi götürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlər FİFA fitnes testi veriblər.
Qaynarinfo milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, oyunlara dördüncü hakim kimi təyinat alan referilərin də qatıldığı testləri Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev götürüb.
Test iki hissədən ibarətdir:
Test-1 (təkrar sprint bacarığı): maksimum 6 x 40 m. 6.0 saniyə
Test-2 (məsafə testi): 75 m / 25 m (15 san / 18 saniyə) - 10 dövr
Qeyd edək ki, sabah Premyer Liqaya təyinat alan köməkçi hakimlər aşağıdakı normativlər üzrə test verəcəklər:
Test-1 (CODA),
Test-2 (təkrar sprint bacarığı)
Test-3 (Məsafə testi)