Xəbər lenti

Su ilə zəngin planet tapıldı
Dünya10:55 25.01.2017

Su ilə zəngin planet tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın Kil Universitetinin alimləri su ilə bol olan planet tapıblar.

Qaynarinfo.Az Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, planetdə su çox olduğundan mütəxəssislər kosmik cismin daxilində həyatın mövcudluğunu güman edirlər. “Daily Mail” yazır ki, tədqiqatçılar su ilə dolu planeti Yerdən 39 işıq ili uzaqlıqda aşkarlayıblar. Yerdən böyük olan və “GJ1132B” adlanan yeni planetin öz atmosfer mühiti var. Buna görə də alimlər belə nəticə çıxarıblar ki, orada su ola bilər.

Kosmik cisimdə atmosferin axtarışı planetlərin aşkarlanmasında istifadə olunan “tranzit” metodun köməyi ilə aparılıb. Bu barədə tədqiqatçılar komandasının başçısı Con Coutvort məlumat verib.

Qaynarinfo.Az