Xəbər lenti

Su quyusu qazdıran Goranboy sakini görün nə tapdı (VİDEO)
Ölkə18:42 03.12.2017

Su quyusu qazdıran Goranboy sakini görün nə tapdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboy sakini su quyusu qazarkən qədim əşyalər tapıb.
Qaynarinfo Xəzərxəbər-ə istinadən xəbər verir ki, O, əvvəlcə qızıl tapdığını düşünsə də, sonradan tapıntıların mis və gümüş pullar olduğu ortaya çıxıb.
Su quyusu qazırdılar, bəzək əşyaları və gümüş pullar çıxdı.
Maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Vasif Məmmədov həyətinə traktor gətirib qazıntı işi aparan zaman aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi bəxtinin üzünə güldüyünü düşünüb və dərhal işi saxladıb. Həmin ərazini isə özü qazmağa başlayıb. Bu zaman quyudan mis və gümüş pullar çıxıb.
Vasif Məmmədov quyudan tapılan əşyalara marağın böyük olduğunu deyir.
Qohum-əqrəba həmin məkana baxış keçiriblər və ordan digər qiymətli əşyaların çıxacağına ümid edirlər.
Təsərrüfat sahibi indiyədək həyətində bu cür əşyalara rast gəlmədiyini bildirir.