
Həyatı boyu yalnız yaşayan 63 yaşlı Bella DePaulo subaylığın faydaları barəsində elmi araşdırmasının nəticələrini açıqlayıb.
"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Santa Barbara Universitetinin psixologiya fakültəsinin müəllimi olan DePaulo yalnız yaşamağın faydalarından bəhs edilən konfransda çıxışı zamanı "Heç zaman ailə qurmağı düşünməmişəm. Yalnız yaşamaq mənim üçün xoşbəxtliyə çatmağın özüdür", - deyib.
10 ildən artıqdır ki, yalnız yaşayan insanları müşahidə edən və subaylıq barədə araşdırma aparan DePaulo subay insanların daha geniş sosial əhatəyə sahib olduqlarını, həmçinin fiziki və psixoloji cəhətdən də evli insanlardan daha sağlam olduqları fikrini irəli sürüb.
Müəllif 2013-cü ildə yazdığı məqalələrindən birində subayların yalnız, sevgisiz və səfil həyat sürdükləri, həmçinin həyatta ən çox istədikləri şeyin həyat yoldaşı tapmaq olduğu ilə bağlı düşüncələrin yanlış olduğunu qeyd edib. O, 2016-cı ildə evli və subay insanlar barədə aparılan 800-dən çox araşdırmanı təhlil edib və özü kimi düşünən alimlərin az olmadığını öyrənib.

Sosial həyatın üstünlükləri
Evli insanların daha geniş və daha fərqli sosial çevrələrinin olduğunu düşünürsüz? Bu düşüncəni birgə gözdən keçirək.
2015-ci ildə iki tanınmış sosioloq evli və subay amerikalılar arasında qonşuları, qohumları və dostları ilə bağlı qarşılıqlı araşdırma aparıblar. Araşdırmanın nəticəsində subay insanların çevrələrinin daha geniş olduğu və onların dostları, ətrafları ilə daha yaxın əlaqədə olduqları ortaya çıxıb. Həmçinin bu araşdırma fərqli millət, irq, cins qruplarında da oxşar nəticə verib. Araşdırmanın sonunda sosioloqlar belə nəticəyə gəliblər ki, subay olmaq istər qadın, istərsə də kişi üçün daha geniş sosial əhatənin olması deməkdir.
Subaylıqla sağlamlıq arasındakı bağ
Evlilikdən sonra insanların daha monoton bir həyata keçid etdikləri məlumdur. Bunun nəticəsidir ki, evli insanlar vaxtlarının çoxunu ailəyə həsr edir, idmanla davamlı şəkildə məşğul olmur və sağlamlıq sanki ikinci plana keçir. 18 ilə 64 yaş arasındakı 13 min kişi və qadın üzərində aparılan araşdırma zamanı alimlər heç evlənməyənlərin evli və ya boşanmış insanlardan daha çox idmanla məşğul olduqlarını öyrəniblər. 2015-ci ildə "Social Science and Medicine" (Sosial elm və tibb) dərgisi də bununla bağlı məqalə dərc edib və 9 Avropa ölkəsində 4500 nəfər üzərində aparılan təcrübələr də eyni nəticələr əldə olunduğu qeyd olunub. Sözügedən nəticələrdə evli insanların subay insanlardan daha artıq çəkiyə sahib olduqları öz əksini tapıb.
Böyük Britaniyada subay olan 1000 nəfərlə 1998-ci ildən evli olan 3000 nəfər üzərində də qarşılaşdırılmalı araşdırılma aparılıb və subayların evlilərlə müqayisədə öz üzərlərində daha çox çalışdıqları sübuta yetirilib.

Subaylar haqında belə bir iddia irəli sürülüb:
- Subay insanlar daim nə isə öyrənməyə çalışır, öz üzərində işləyirlər.
- Onların dünya və özləri haqqında düşüncələri daha önəmlidir
Evli kişilər simic olur
1987/88-ci illər arasında və bu tarixdən 5 il sonra aparılan araşdırmada evli kişilərin ailə qurduqdan sonra dostları üçün daha az pul xərclədikləri məlum olub. Belə ki, bu nəticə subaylarla müqayisədə 1875 dollar az olub. Eyni araşdırma ailəli qadınlar üçün də oxşar nəticəni verib.
Çingiz
Qaynarinfo.Az