Xəbər lenti

Südabə Həsənovanın 36 yaşlı bacısı oğlu general oldu
Ölkə11:17 18.08.2015

Südabə Həsənovanın 36 yaşlı bacısı oğlu general oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dünən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, polkovnik Abbas Sultan oğlu Xəlilova “general-mayor” rütbəsi verilib.
Azpolitika.info yeni generalı yaxından tanımaq istəyərkən, maraqlı məlumatlar əldə edib.
Məlum olub ki, əslən Naxçıvan MR-in Şərur rayonundan olan Abbas Xəlilovun cəmi 36 yaşı var! Hazırda Dövlət Sərhəd Xidmətinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsində çalışır.
Sayt onu da bildirir ki, A.Xəlilov Azərbaycanın keçmiş ədliyyə naziri Südabə Həsənovanın bacısı oğlu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun isə kürəkənidir.
Məlumata görə, general A.Xəlilovun adı əvvəllər bir neçə qalmaqallı hadisə ilə bağlı hallanıb.
Qaynar.info