Xəbər lenti

Dünya 17:36 15.04.2023

Sudan ordusu iki hava limanına nəzarəti itirdi

Sudanda xüsusi təyinatlı qüvvələr paytaxt Xartum və ölkənin şimalındakı Merove şəhərlərindəki aeroportları nəzarət altına alıb.

Qaynarinfo "Al Jazeera" telekanalına istinadla xəbər verir ki, xüsusi təyinatlıların nəzarəti altına keçən Merove aviabazasında Rusiya istehsalı olan bir neçə hərbi təyyarə qənimət götürülüb.

Bir müddət öncə aviabaza yaxınlığında və onun ərazisində xüsusi təyinatlı qüvvələrlə aerodroma nəzarət edən ordu birləşmələri arasında toqquşmalar başlayıb.

Sudan ordusu isə Xartumda prezident sarayına gedən yolları bağlayıb. Hazırda prezident sarayı orduya məxsus zirehli texnikalarla mühasirəyə alınıb. Şəhərin müxtəlif rayonlarında atışma səsləri eşidilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->