Xəbər lenti

Sudanda hökumət əleyhinə kütləvi etirazlar davam edir
Dünya 21:17 12.08.2022

Sudanda hökumət əleyhinə kütləvi etirazlar davam edir

Sudan xalqının hökumətin tamamilə mülki şəxslərə təhvil verilməsi tələbiylə ölkənin müxtəlif bölgələrində kütləvi nümayişləri davam edir.

Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər verir.

Məlumata görə, müxtəlif şəhərlərdə, xüsusilə Xartumun mərkəzində, Omdərman və Bəhridə, hökumətin tam mülki əhalinin əlinə keçməsi üçün ümummilli nümayişlər keçirilir.

Əllərində Sudan bayrağı tutan minlərlə etirazçı "İqtidar xalqa” və "Mülki hökumət istəyirik” kimi şüarlar səsləndirərək, mülki hökumətin qurulmasını tələb ediblər.

Sudan təhlükəsizlik qüvvələri Xartumun mərkəzində bəzi küçələri bağlayıb.

Qeyd edilir ki, Sudanın müxtəlif bölgələrində hərbçilərin mülki hökumətin işlərinə qarışmasına qarşı ötən il oktyabrın 25-dən bu ölkədə hökumətin hərbi çevrilişlə devrilməsi və hakimiyyətin ələ keçirilməsindən sonra, demək olar ki, hər gün nümayişlər keçirilir.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->