Xəbər lenti

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
Ölkə09:13 29.06.2026

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib.
O qeyd edib ki, 80 yaşlı Azad Rüstəmzadə ötən gün dəfn edilib.
Qeyd edək ki, Azad Rüstəmzadə xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. O, 1946-cı ildə anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub.
Uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışan Azad Rüstəmzadə 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.