Azərbaycan Premyer Liqasının 9-cu turunun son qarşılaşması Sumqayıtda keçirilib.
Qaynarinfo xəbər verir ki, şəhərin eyniadlı komandası "Kapital Bank Arena"da "Səbail"i qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt"ın qollarını Rəhim Sadıxov (37) və Səid Rza (74) rəqib qapısından keçirib. Bu nəticədən sonra "Səbail" 9 xalla 6-cı pillədə qalıb. "Sumqayıt" isə 11 xalla 5-ci pillədə qərarlaşıb.
Turun bundan əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
"Zirə" - "Keşlə" 2:0
"Qarabağ" - "Neftçi" 4:0
"Qəbələ" - "Sabah" 1:3
"Qarabağ" - 20, "Neftçi" - 17, "Qəbələ" - 15, "Zirə" - 15, "Sumqayıt" - 11, "Səbail" - 9, "Keşlə" - 7, "Sabah" - 7
Səbuhi Həsənov