Xəbər lenti

“Sumqayıt fotolarda” sərgisi keçiriləcək
Ölkə07:33 27.02.2014

“Sumqayıt fotolarda” sərgisi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti yanında Gənclər Fondununun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində “Sumqayıt fotolarda” adlı layihə həyata keçiriləcək.

Layihə rəhbəri Aysel Abdullazadə bildirib ki, Sumqayıt təkcə tarixi yox həm də turizm mərkəzi kimi tanınıb: “Ancaq onu da qeyd edək ki, şəhərimizin görməli yerləri xüsusi bir onlayn kataloq şəklində yığılmayıb”

A.Abdullazadə söyləyib  ki, layihənin əsas məqsədi tarixi abidələrin təbliği, turizm zonasının inkişafı və gənclərin foto sənətinə maraqlandırmaqdır. O, layihə çərçivəsində Sumqayıtın görməli yerlərinin fotolarının onlayn kataloq formasında yığılacağını və bu şəkillərdən ibarət sərgi təşkil ediləcəyini vurğulayıb.

Qaynar.info