Xəbər lenti

Sumqayıt İcra Hakimiyyəti qarşısında aksiya
Ölkə10:15 05.11.2013

Sumqayıt İcra Hakimiyyəti qarşısında aksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtın "Karvan" Ticarət Mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlardan xəbər var

Həmin yanğında zərərçəkən sahibkarlardan biri Mehman Əhmədovun “Axar.az”a verdiyi məlumata görə, sahibkarlar bu saatlarda yenidən Sumqayıt şəhər İcra Hakimiyyətinin binası qarşısına yığışırlar. Sahibkarlar onlara dəymiş ziyanın, heç olmasa, yarısını ödənilməsini tələb edirlər.

“Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov da Sumqayıt şəhər İcra Hakimiyyəti binasını qarşısına gəlib.

Xatırladaq ki, oktyabrın 19-u axşam saat 19:00 radələrində Sumqayıt şəhərindəki "Karvan" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində yüzlərlə sahibkara külli miqdarda ziyan dəyib.

Qaynar.info