Xəbər lenti

“Sumqayıt” ilk əcnəbi transferini açıqladı
İdman06:53 17.07.2023

“Sumqayıt” ilk əcnəbi transferini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” ilk əcnəbi futbolçu keçidini həyata keçirib.
Qaynarinfo-nun məlumatına görə, Sumqayıt təmsilçisi Bolqarıstan "Lokomotiv"ində (Plovdiv) çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.
Sorqa karyerası ərzində Estoniyanın "Legion”, "Flora”, ABŞ-nin "Loudoun Yunayted”, "Di Si Yunayted”, Niderlandın "Venlo”, İsveçin "Höteborq” və Bolqarıstanın "Lokomotiv” klublarının şərəfini qoruyub.
24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.
Səbuhi Həsənov