
Bu gün Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sumqayıt Gənclərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirilib.
Layihə rəhbəri Arzu Qafarovun verdiyi məlumata görə, layihənin məqsədi Sumqayıt gənclərinin sahibkarlıq fəaliyyətinini inkişafe etdirilməsi, biznes planın yazılması, rəqabətə davamlılıq, marketinq və menecment mövzularında onları maarifləndirməkdir.
Təqdimat mərasimində Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin əməkdaşı, KİV-lər, tanınmış ekspertlər və layihədə iştirak edəcək gənc sahibkarların bir qismi iştirak edib. Tədbirdə əsasən, dəvət olunan qonaqların gənclərə öz fikirləri və məsləhətləri, layihənin məqsədi, təlimlərdə keçiriləcək mövzuların adları və bu kimi mövzulara toxunulub.
Layihə çərçivəsində gənclərə sahibkarlıq fəaliyyətinə, yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, öz işlərini səmərəli istifadə etmək üçün məlumatlar vermək, və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanacaq və maarifləndirici bukletlər nəşr ediləcək.
Qaynar.info