Xəbər lenti

Sumqayıtda tikiləcək güzəştli mənzillər barədə yeni xəbər (VİDEO)
Ölkə19:58 03.02.2020

Sumqayıtda tikiləcək güzəştli mənzillər barədə yeni xəbər (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda, güzəştli mənzillərin tikilməsi üçün ayrılmış ərazidə işlər aparılır. Mənzil İnşaatı Dövlət Agentliyinin bu layihəsindəki 2 ədəd doqquzmərtəbəli yaşayış binasında 144 mənzil olacaq.
Qaynarinfo xəbər verir ki, Sumqayıtda iki çoxmərtəbəli bina, güzəştli mənzillərin inşası həyata keçirilir.
Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır.
Bir otaqlı mənzillərin sahəsi 35, ikiotaqlı mənzillərin sahəsi 56, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.
İşlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
<iframe width="60%" height="310" src="https://video.yenisabah.az/embed.php?vid=061ff093b" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">