Xəbər lenti

Texnologiya 16:47 02.08.2025

"Süni intellektin insanlığı məhv etmək ehtimalı 95 faizdir" - Keçmiş "Google" mühəndisi

Süni intellektin (Al) insanlığın məhvinə səbəb olma ehtimalı hazırkı inkişaf templəri davam edərsə azı 95% təşkil edir. 

Qaynarinfo xəbər verir ki, bu narahatedici proqnozla "Google” və "Microsoft”un keçmiş mühəndisi, hazırda Maşın İntellekti Araşdırmaları İnstitutunun rəhbəri olan Neit Soares çıxış edib. Onun fikirləri "The Times” nəşrində dərc olunub.

Soares bildirib ki, əgər insanlıq süni intellektin inkişafında mövcud kursdan dönməzsə, məhv olmaqdan yayınmaq üçün demək olar ki, heç bir şans qalmayacaq. Onun bu mövqeyini Nobel mükafatı laureatı Ceffri Hinton, riyaziyyatçı Yoşua Benjio, həmçinin "OpenAI", "Anthropic" və "Google DeepMind" şirkətlərinin rəhbərləri də dəstəkləyiblər.

Sözügedən mütəxəssislər imzaladıqları birgə bəyanatda qeyd ediblər:

"Süni intellektin səbəb ola biləcəyi insanlığın məhvi riskini azaltmaq qlobal prioritetlərdən biri olmalıdır – pandemiyalar və nüvə təhlükəsi ilə eyni səviyyədə".

Qorxular əsasən süperintellekt – ASI (Artificial Superintelligence) adlandırılan, plan qura bilən, insanları aldada bilən və nəzarətdən çıxmaq gücündə olan sistemlərin yaranması ehtimalı ilə bağlıdır. Qeyd edilir ki, artıq bu gün də bəzi süni intellekt modelləri yalan danışa bilir və onların daxili işləmə mexanizmi insanlara tam aydın deyil.

Bəzi ekspertlər isə məhvin yalnız tam yox olmaq formasında deyil, həm də "insanlığın tədrici zəifləməsi” şəklində ola biləcəyini düşünürlər. Onların fikrincə, əgər qərarları artıq maşınlar qəbul etməyə başlayacaqsa, insanların cəmiyyətdəki funksiyası və rolu itib gedə bilər.

Hazırda süni intellektin ən az təsir etdiyi peşələr sırasında tibb bacıları, laboratoriya işçiləri, təhlükəli maddələrlə işləyən mütəxəssislər, rəngsazlar və mumlayıcılar yer alır. Bununla belə, Sİ-nin xüsusilə marketinq, idarəetmə və insan resursları kimi sahələrdə başlanğıc səviyyəli iş yerlərinə güclü təsir göstərdiyi vurğulanır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->