Xəbər lenti

Sünnət toyunda qadının başına pivə bakalı vurdu - Həbs edildi
Ölkə 12:59 21.01.2025

Sünnət toyunda qadının başına pivə bakalı vurdu - Həbs edildi

Yasamal rayonundalı "Kral” çay evində qadının başına pivə bakalı vuran şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə sözügedən çay evinin ikinci mərtəbəsində keçirilən kiçik toy məclisində baş verib. 

Belə ki, 2 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş Elvin Ağali oğlu əvvəldən tanıdığı S.O. adlı qadını sözügedən toy mərasimində görüb. 

Təqsirləndirilən şəxs xanımı qolundan tutub özünə tərəf dartaraq qucaqlamaq istəyərkən S.O. onu özündən kənara itələyib. 

Zərərçəkmişin bu hərəkəti dostlarının yanında olduğuna görə Elvinə pis təsir edib. 
Ona görə əsəbləşərək stoldan götürdüyü pivə bakalını S.O.-nun başına vurub. 

Elvin məhkəmədə ifadəsində S.O. ilə 4 il müddətində sevgili münasibətində olduğunu deyib. Qadın isə Elvinin yalan danışdığını, hadisə günü pivə bokalı ilə onun başının arxa hissəsinə vurduğunu və yerə yıxıldıqdan sonra bədəninin müxtəlif hissələrinə təpiklə vurduğunu deyib. 

Məhkəmənin qərarı ilə Elvin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->