
Suriyada gedən vətəndaş müharibəsinin ilk günlərindən orada fəaliyyət göstərən ingilis həkim Devid Nott orada gördüklərini "Daily Maily" qəzetinə açıqlayıb.
Qaynar.info xəbər verir ki, həkim Nott orada baş verənlərdən dəhşətə gəldiyini deyib.
Həkim bildirib ki, Əsəd rejimi üçün vuruşan snayperçilər məşq üçün mülki vətəndaşları hədəfə alırlar: "Bunun əvvəlcə dedi-qodu olduğunu hesab edirdi, amma xəstəxanalara gedəndə gördüklərimdən dəhşətə gəldim. Oradakı snayperçilərin 1 nömrəli hədəfləri hamilə qadınlardır".
Həkimin sözlərinə görə, snayperlər bir siqaretdən mərc gələrək dünyaya gəlməmiş körpələri qadınların bətnində vururlar.
Qaynar.info