Dünya 12:12 29.11.2022

Suriya kürdləri Moskvadan yardım istədi

Suriya Demokratik Qüvvələri (SDQ) kürd ittifaqı Rusiya hakimiyyətindən ölkənin şimal-şərqində hərəkətlərin koordinasiyası ilə bağlı Dəməşqdə Suriya hökuməti ilə razılığın əldə edilməsində vasitəçilik etməyi xahiş edib. 

Qaynarinfo RBC-ya istinadən xəbər verir ki, bu barədə SDS nümayəndəsi Aram Xan "Al Hadath” telekanalına müsahibəsində bildirib.

O, Rusiya nümayəndələri ilə görüşdən də danışıb. Xanın sözlərinə görə, həmin görüşdə ruslar Türkiyənin şərtlərini SDQ-yə təqdim ediblər, alyans bunu rədd edib.

Qeyd edək ki, bundan əvvəl, noyabrın 20-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqın şimalında PKK-ya qarşı hərbi əməliyyatına başlamaq barədə göstəriş verib. Türkiyə noyabrın 13-də İstanbulun mərkəzindəki İstiqlal küçəsində törədilən hücuma görə PKK-nı məsul hesab edir.
 
Alpər