
Suriya müxalifət qüvvələrinin ən güclüsü hesab edilən Tevhid Birliyinin komandanı Əbdülqadir Saleh prezident Bəşər Əsədin qarşılarında dayana biləcək gücü qalmadığını deyib.
Qaynar.info-nun məlumatına görə, müxalif komandan Suriyadakı müharibənin Bəşər Əsəd üçün bitdiyini, hazırda Hizbullah və İranla döyüşdüklərini bildirib: "İranlılar Suriyanı özlərinin 35-ci əyaləti kimi görürlər. Bunu bir çox iranlı da təsdiq edib. Artıq açıq şəkildə görünür ki, İran və Hizbullah əsgərləri Suriyadakı müharibənin içərisindədilər. Suriyadakı müharibə Əsəd üçün bitib. İndiki müharibə Suriya xalqı ilə İran və Hizbullah arasındadır. Bundan başqa İran və Hizbullah Əsədə dəstək məsələsində İsraillə əməkdaşlıq edir. Əsəd 40 ildir İsrailin sərhədini qoruyur".
Qaynar.info