
Qaynar.info xəbər verir ki, suriyalı nazir Əli Heydər ABŞ-la Rusiya arasında Suriyanın kimyəvi silahlarının təhvil verilməsi ilə bağlı razılaşmasının regionu böyük müharibədən xilas etdiyini söyləyib.
"Biz bu razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Bir tərəfdən Suriyanın böhrandan çıxmasının yolunu açır, digər tərəfdən də Suriyaya qarşı müharibənin qarşısını alır" nazir deyib.
Nazir bu razılaşmanı Rusiyanın yardımı sayəsində qazanılan qələbə kimi qiymətləndirib.
Qaynar.info