Xəbər lenti

Suriyada SEPAH-ın polkovniki öldürüldü
Dünya 13:58 23.11.2022

Suriyada SEPAH-ın polkovniki öldürüldü

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Davud Cəfəri Suriyanın paytaxtı Dəməşq yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində ölüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı SEPAH yayıb. 

İddia olunur ki, polkovniki İsrailin xəfiyyələri öldürüb. 

"Azadlıq Radiosu” İran bölməsinin məlumatına görə, müstəqil mənbələr hələ ki, SEPAH-ın məlumatını təsdiqləməyib. Həmçinin İsrail iddialara heç bir reaksiya verməyib. 

SEPAH-ın iddiasına görə, Cəfəri qurumun Suriyadakı aerokosmik qüvvələrinin məsləhətçilərindən biri olub.

Rəsmi Tehran Suriyada İrana məxsus silahlı qüvvə olmadığını, Bəşər Əsəd hökumətinin dəvəti ilə yalnız SEPAH-ın hərbi "məsləhətçiləri”nin fəaliyyət göstərdiyini iddia edir. Baxmayaraq ki, Suriyada vətəndaş müharibəsi zamanı SEPAH-ın komandirləri və döyüşçülərindən ölənlər var. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->