Xəbər lenti

Surqut-Lənkəran aviareysinin açılması təxirə salındı
Ölkə10:55 21.06.2015

Surqut-Lənkəran aviareysinin açılması təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən etibarən Rusiyanın Surqut şəhərindən Lənkərana açılması planlaşdırılan aviareys təxirə salınıb.
Lənkəran Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, uçuş rəsmən açıqlanmayan səbəbə görə qarşı tərəf - "UTair" aviaşirkəti tərəfindən təxirə salınıb. Reysin nə zaman açılacağı da bildirilmir.
Qeyd edək ki, Rusiyanın "UTair" aviaşirkəti bu reysi "Boeing 737" təyyarəsi ilə həyata keçirmək niyyətində idi.
Qaynar.info