Xəbər lenti

Sürücü infarkt keçirdi, 6 maşın toqquşdu - VİDEO
Ölkə09:53 13.09.2016

Sürücü infarkt keçirdi, 6 maşın toqquşdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncənin Şeyx Bahəddin küçəsində 6 avtomobilin zəncirvari qəzası baş verib. 

Qaynarinfo.Az Region TV-yə istinadən xəbər verir ki, "Mersedes" markalı avtomobilin sürücüsü 41 yaşlı Ziyad Əliyev infarkt keçirdiyindən idarəetməni itirib və nəqliyyat vasitəsi "Hunday Sonata" markalı avtomobilə çırpılıb. "Hunday" KİA-ya, o isə öz növbəsində VAZ-2105-ə dəyib. Daha sonra isə "Mersedes" markalı nəqliyyat vasitəsi “Niva” və VAZ-2107-ə dəyib. 

Zərbənin təsirindən VAZ yaxınlıqdakı mağazaya çırpılıb. Bu zaman avtomobil yol kənarında dayanan iki nəfəri - 37 yaşlı Seymur İsmayılovu və 28 yaşlı Mirvari Tağıyevanı vurub. Qəza zamanı VAZ-2107-də olan qadın sərnişin də xəsarət alıb. 

Hadisə yerinə FHN-nin xilasediciləri və Təcili Tibbi Yardım çağırılıb.

Faktla bağlı araşdırmalar davam edir. 

Qaynarinfo.Az