Xəbər lenti

Sürücülərə xəbərdarlıq: bu yollar bağlanır - SİYAHI
Ölkə15:48 07.05.2015

Sürücülərə xəbərdarlıq: bu yollar bağlanır - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Heydər Əliyevin xatirəsinə həsr olunmuş “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun III mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 8-də bağlanacaq yolların siyahısı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu:

Ağdaş-Zarağan-Qəbələ yolunun Qəbələdən Zarağanadək olan hissəsi (hər iki istiqamətdə)

saat 09:20-dən 09:50-dək və saat 13:30-dan14:00-dək

Zarağan-Oğuz-Şəki yolu:

Zarağan-Oğuz yolunda Oğuz rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə)

saat 09:30-dan 10:50-dək və 12:30-dan 13:40-dək

Oğuz-Şəki yolunda Şəki rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə)

saat 10:40-dan 12:40-dək.

Qaynar.info