Xəbər lenti

Sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı yenilik
Ölkə13:15 06.05.2020

Sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sürücülük vəsiqələrinin etibarlılıq müddətini "myGov" portalında qeydiyyatdan keçməklə yoxlamaq mümkündür.
Qaynarinfo Elektron Hökumət Portalına istinadən xəbər verir ki, "myGov" portalında sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında aşağıdakı aralıqlarla bildirişlər göndərilir:
- sənədin vaxtına 60 gün qaldıqda
- sənədin vaxtına 30 gün qaldıqda
- sənədin vaxtına 10 gün qaldıqda
- sənədin vaxtı bitdikdə.