Xəbər lenti

Şuşada ermənilərlə əlbəyaxa döyüşən şəhidimiz (VİDEO)
Ölkə08:07 02.12.2020

Şuşada ermənilərlə əlbəyaxa döyüşən şəhidimiz (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Mehdi Şıxəliyevdir.
Axar.az xəbər verir ki, Şıxəliyev Mehdi Yalçın oğlu 1996-cı il fevralın 16-da Hacıqabul rayonunda anadan olub. O, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi olub. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüşən Mehdi düşmənin xeyli tankını, zirehli maşınını, 70-dən çox canlı qüvvəsini məhv edib.
O, Şuşaya qədər döyüşə-döyüşə gəlib, ermənilərə ağır zərbələr vurub, onların kolonlarını dağıdıb.
Mehdi Şuşada əlbəyaxa döyüşlər zamanı bir neçə erməni hərbçisini məhv edib və sonda qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!