Xəbər lenti

Suyun verilməsində fasilələr yaranacaq
Ölkə18:43 26.08.2021

Suyun verilməsində fasilələr yaranacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
7 nömrəli Regional Sukanal İdarəsinin Göygöl Sukanal sahəsində Kürəkçay suqəbuledici mənbədə güclü yağışlar nəticəsində çayda bulanıqlıq yaranıb.
"Azərsu” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, bu səbəbdən suyun təxliyəsinə başlanılıb.
Yaranan vəziyyəti nəzərə alaraq, sabah Göygöl rayonunun bir hissəsində suyun verilməsi fasilələrlə həyata keçiriləcək.