Xəbər lenti

Söyün Sadıqov da jurnalistlər üçün ev tikəcək
Ölkə10:11 22.07.2013

Söyün Sadıqov da jurnalistlər üçün ev tikəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Bibiheybət qəsəbəsində tikəcəyi binanı evsiz jurnalistlərə paylayacaq

Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Azərbaycan jurnalistləri üçün Bakıda, Bibiheybət qəsəbəsində yaşayış binası tikəcək.

Bu məlumatı AzPolitika.info-ya Söyün Sadıqovun özü verib. O, deyib ki, hazırda binanın tikintisi üçün yerin müəyyənləşdirilməsi və sənədləşmə işlərinin başlanmasına hazırlıq gedir.

“Milyarderlər İttifaqı”nın üzvü əlavə edib ki, şəxsi vəsaiti hesabına tikəcəyi evləri jurnalistlərə pulsuz paylayacaq. Namizədlər 10 ildən artıq mətbuatda işləyən evsiz jurnalistlər arasından seçiləcək. Bölgü şəxsən S.Sadıqovun nəzarəti altında açıq püşkatma yolu ilə aparılacaq.

Qeyd edək ki, elə bu gün Azərbaycan prezidentinin sərəncamı əsasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binasının açılışı olub. Tədbirdə prezident İlham Əliyev də iştirak edib, həmçinin yeni binanın da təməli qoyulub.

Qaynar.info