Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri seçilib.
Hafta.az saytının əməkdaşı çəlumatı dəqiqləşdirmək üçün T.Əhmədovun ailəsi ilə əlaqə saxlayıb. Dəstəkdəki xanım məlumatı nə təkzib, nə də ki təsdiq edib. YAP rəhbərliyindəki mənbədən alınan məlumata görə, təxminən 20 gün əvvəl Yasamal rayon təşkilatının sədrinin əvəzləyicisi kimi təsdiqlənib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, keçmiş deputat, 81 yaşlı Fikrət İsmayılov bu il martın 31-də dünyasını dəyişib.
Onu da xatıqladaq ki, Tağı Əhmədov ötən ilin dekabrında YAP Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub.
Qaynar.info