
Dünən metronun 28 May stansiyasında bədbəxt hadisə baş verib.
Qaynar.info-nun day.az-a istinadən verdiyi xəbərə görə, 50-55 yaşlarındakı iki qadın pilləkənlərdən düşərkən yıxılıblar.
Onlardan birinin başı zədələnib.
Məsələ ondadır ki, yeni təmirdən sonra stansiyanın döşəməsi və pilləkənləri qranit plitələrdən döşənib və bu da sərnişinlərin yıxıldığı birinci hadisə deyil.
Hazırda "28 May" stansiyası buz meydançasını xatırladır. Mətbuatda sərnişinlərin bu stansiyada yıxılması ilə bağlı dəfələrlə yazılıb.
Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxlanılıb. Oradan bildiriblər ki, problemdən xəbərdardılar və yaxın vaxtlarda ölçü götürüləcəyinə söz veriblər.
Qeyd edək ki, Qaynar.info saytı da məsələ ilə bağlı bir müddət əvvəl Bakı Metropoliteninə müraciət etmişdi.
Qaynar.info






