Xəbər lenti

Taleh Bağırovun məhkəməsi təxirə salınıb
Ölkə11:10 19.02.2016

Taleh Bağırovun məhkəməsi təxirə salınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun şikayəti əsasında keçirilməli olan proses təxirə salınıb.

Bu barədə məlumatı Report-a Taleh Bağırovun vəkili Cavad Cavadov məlumat verib.

Buna səbəb T.Bağırovun məhkəməyə gətirilməməsi olub.

Növbəti prosesin tarixi hələ müəyyənləşməyib.

Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. T.Bağırov Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qaynar.info