Taliban terror təşkilatı Cövcan əyalətində təhlükəsizlik əməkdaşlarına hücum edib.
Qaynarinfo xəbər verir ki, əyalətin rəsmisi Qulam Sahi Sübhaninin məlumatına görə, terrorçular 20 əsgər və bir mülki vətəndaşı qətlə yetirib. 5 təhlükəsizlik əməkdaşı əsir götürülüb.
Taliban isə açıqlamasında 27 əsgərin öldürüldüyünü bildirib.
Gülşən