
Taliban lideri Mullah Heybətullah Axundzadənin oğlu Əbdurrəhman dünyasını dəyişib.
"Qaynarinfo" "Reuters"ə istinadən xəbər verir ki, Hafiz Xalid kimi tanınan 23 yaşlı terrorçu Əfqanıstanın Həlmənd bölgəsində yerləşən Girişk ərazisində əfqan hərbi bazasına hücumda canlı bomba kimi iştirak edib.
Bildirilir ki, Əbdurrəhman mədrəsə tələbəsi imiş, lakin terror hücumunda iştirak etmək istəyib. Gənc terrorçu atası Mullah Taliban lideri olmamışdan əvvəl canlı bomba kimi təşkilatın siyahısına daxil edilib.
Dövlət rəsmiləri Hafiz Xalidin ölümü barədə hələlik heç bir açıqlama verməyib.
Gülşən
Qaynarinfo.Az