Xəbər lenti

Taliban Türkiyəyə Kabil aeroportunu təklif etdi
Dünya08:20 27.08.2021

Taliban Türkiyəyə Kabil aeroportunu təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Taliban” hərəkatı Türkiyəyə Kabil hava limanının mülki idarəsi ilə məşğul olmağı təklif edib və təhlükəsizliyi öz üzərinə götürüb. 
Qaynarinfo NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Tayyib Ərdoğan deyib.
"Taliban” Kabul hava limanının idarə edilməsini təklif etdi. Kimə təklif edib? Bizə. Təhlükəsizliyi təmin edəcəklərini söyləyirlər, amma idarəçilik işinin özü bizə təklif edilib. Hələ qərar vermədiyimizə görə cavab verməmişik", - o deyib. Prezident qərarın hava limanının təhlükəsizliyinin təmin edilməsi baxımından qeyri-müəyyənlik səbəbindən alınmadığını qeyd edib.
"Çünki indi hər an orada insidentlər və itkilər olması mümkündür. Hava limanını idarə edərkən, insanların öldüyü dünənki terror hadisələrinə bənzər bir şey olarsa və obyektə nəzarət edən biz olacağıqsa, bunu heç cür izah edə bilməyəcəyik. Buna görə də, hazırda "Taliban”ın təklifi ilə bağlı hər hansı bir qərardan söhbət gedə bilməz", - deyərək prezident Ankaranın hava limanını idarə edə bilməsi üçün bəzi şərtlərin lazım olduğunu qeyd edib.
Türk lideri bir səbəb və istək olduğu təqdirdə Ankara ilə "Taliban” arasında təmasların mümkün olduğunu vurğulayıb.
İyunun 14-də Ərdoğan ölkəsinin ABŞ-ın maliyyə dəstəyi ilə Əfqanıstanda hərbi kontingenti saxlamağa hazır olduğunu açıqlamışdı.
Alpər