Xəbər lenti

Tamaşaçılar qərarsız qalıb:
Maqazin 12:19 03.10.2024

Tamaşaçılar qərarsız qalıb: "Qara-Qura işlər", yoxsa "Komedixana"?

23 ildən sonra bir araya gələn məşhur aktyorlar Elməddin Cəfərov və Müşfiq Şahverdiyevin yeni televiziya mövsümündə çox fərqli və maraqlı komediya janrında olan "Qara-Qura işlər"lə tamaşaçıların qarşısına çıxacaqları barədə məlumat vermişdik.

Qaynarinfo xəbər verir ki, məşhur simaların bu silsiləli serialının anonsu artıq izləyicilər tərəfindən olduqca maraqla qarşılanıb və bir çox tamaşaçı bu komediyanı bir müddət əvvəl Müşfiq Şahverdiyevin də yer aldığı "Komedixana"ya rəqib olacağını bildirib.

Təsadüfü deyil ki, Elməddin və Müşfiqin uzun müddətdir əzmlə çalışdığı və bütün güclərini səfərbər etdiyi "Qara-Qura işlər" serialı da şənbə günü 22:00-da ATV telekanalında tamaşaçıların ixtiyarına veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->