
Kanadalı aktyor, “Xor” komediya serialında rolu sayəsində məşhurlaşan Kori Monteyt Vankuverin mərkəzindəki “Fairmont Pacific” otelində ölü tapılıb.
Musavat.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, aktyorun ölümünün səbəbi məlum deyil. Lakin meyitin üzərində şübhəli iz aşkarlanmayıb. Yerli KİV yazır ki, aktyor dozadan artıq narkotik istifadəsindən ölə bilər.