"Uzun illərdir ki, tanınmış verilişlərdə ekspertəm. İndiyə qədər ekspert kimi dəvət aldığım verilişlərdə heç vaxt məndən pul istəməyiblər. Bu yalan söhbətdir".
Bunu Qaynarinfo-ya açıqlamasında Anar Vəziroğlu psixoloq Samirə Bağırovanın ondan pul tələb edilməsi ilə bağlı açıqlamasına şərh verərkən deyib. Ekspert psixolqun belə açıqlama verməsinin səbəblərini açıqlayıb:
"Nəyə görə? Özü də söhbət neçə mindən gedir. Bu adam psixoloq kimi tanınmaq istəyir, özü də qısa zamanda. Onlar belə tanınmış aparıcıların adından istifadə edib məqsədlərinə çatmaq istəyirlər".
Anar Vəziroğlu psixoloq Samirə Bağırovaya mesaj göndərib:
"Məşhur olmaq istəyirsənsə, niyə başqalarına pul verirsən? Get özünə bir televiziya aç, özün də ol aparıcı, vəssalam. Nə qədər istəyirsən kanalından danış".
Qeyd edək ki, psixoloq Samirə Bağırova mətbuata açıqlamasında onun məşhir aparıcıların verilişində ekspert kimi iştirak etməsi üçün küllü miqdarda pul tələb edilməsini bildirib.
Bahar Rüstəmli