Aparıcı Səbuhi Yusibliyə "Xəzər” telekanalında vəzifə verilib.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, o, telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
S.Yusibli sözügedən kanalda yayımlanan "Səyyah” verilişi ilə tamaşaçılara tanışdır.
Qeyd edək ki, bu vəzifəni bundan əvvəl Kənan Bayramov icra edirdi. İyulda o işindən uzaqlaşıb.
