
Tanınmış rejissor Şahin Zəkizadə xəstəxanadadır. Bu barədə rejissor özü big.az-a məlumat verib:
"Hazırda xəstəxanadayam. Analiz vermişəm, bilmirəm necə olacaq. Qan xəstəliyidir, yaxşı deyiləm".
Rejissorun xanımı Səbinə Zəkizadə isə sosial şəbəkədə həyat yoldaşı üçün hər kəsdən dua etməyi rica edib:
"Yoldaşım üçün dua edin. Allah şəfasını tez versin. Yanımızda olsun. Cavabları kaş yaxşı çıxsın".
Qaynarinfo.Az