Pakistanda tanınmış jurnalist və insan haqları müdafiəçisi Xürrəm Zəki öldürülüb. Zəki Karaçi şəhənin şimalında restoranda yemək yeyərkən ona motosikldən güllə açılıb, məlumatlarda deyilir.
O, "Gəlin Pakistanı Yaradaq" adlı saytın redaktoru idi. Bu sayt təriqətçiliyi pisləyir, demokratik və mütərəqqi dəyərləri təbliğ edirdi.
Pakistanda Taliban qrupu bildirib ki, jurnalisti onlar güllələyib.
Səbəb, jurnalistin İslamabadda Qırmızı Məscidin mollasına qarşı kampaniya aparması olub.
Cənab Zəki və digərləri Əbdül Əzizi şiə azlığına zorakılıq və nifrətdə ittiham edərək onu məhkəməyə verib.
Jurnalistlə yanaşı, onunla birgə yemək yeyən dostu və təsadüfən yoldan keçən bir nəfər də yaralanıb.
Qaynarinfo.az