Azərbaycan şou-biznesinin tanınmışları bu il keçiriləcək 9 oktyabr prezident seçkiləri ilə bağlı çağırış ediblər.
Qaynar.info-nun verdiyi xəbərə görə, "Art for democracy" tərəfindən hazırlanan çağırış klipində mahnını Natavan Həbibi, Aygün Bəylər, Raiq, Zaur Əmiraslanov, Elşad Xose və Anar Nağılbaz ifa ediblər.
Söz və musiqisi isə Anar Nağılbaza aid olan mahnıya klip də çəkilib.