Xəbər lenti

Tanınmış “qanuni oğru” tutuldu
Dünya10:57 15.10.2014

Tanınmış “qanuni oğru” tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada polis daha bir uğurlu əməliyyat keçirib.

ANS PRESS-in məlumatına görə, keçirilən əməliyyat zamanı kriminal aləmdə tanınmış “qanuni oğru” Georgi Canelidzi saxlanılıb.

Saxlanılan 41 yaşlı gürcüstanlı “qanuni oğru” Gürcüstanda, Rusiyada, o cümlədən MDB ölkələrində tanınır. Saxlanılan Georgi Canelidzi Rusiyadan Gürcüstana deportasiya olunub.

Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, Georgi Canelidzinin Rusiyaya buraxılması qadağan edilib.

Qeyd edək ki, son bir ay ərzində Moskvada kütləvi şəkildə reydlər başlayıb. Reydlər zamanı bir çox taınmış avtoritet və “qanuni oğru”lar saxlanılıb.

Qaynar.info