Sənət 10:44 23.09.2022

Tanınmış şairin qazi nəvəsi ilə teatar rəhbəri arasında qalmaqal böyüyür

Gənc Tamaşaçılar Teatrının direktoru ilə mərhum şair Nüsrət Kəsəmənlinin nəvəsi qazi-aktyor Cavidan Kəsəmənli arasında başlayan qalmaqal böyüyür.

Qaynarinfo xəbər verir ki, aktyorun mətbuata son açıqlamalarından sonra Naidə İsmayılzadə onu hədələyib.
 
Cavidan Kəsəmənli deyir ki:

"Naidə İsmayılzadə deyir, "Cavidan məsələni gündəmə gətirməsin, ayıbdır. Veterandır deyə bağışlayıram".
 
Haqqınızı verim Naidə xanım, gözəl lətifədir. Əvvəla dediyim məsələlərə aydınlıq gətirin. Hələ də cavab verilmir, məlumat vermişəm, deyir. Nəyə məlumat vermisiz, direktor xanım? Kifayət qədər açıq qalan suallar var. Bircə-bircə açıqlamağa məcbursunuz. Dövlət teatrında vəzifənizdən sui-istifadə var. Həm də siz məni bağışlayacaq kəs deyilsiniz. Etdiyiniz haqqsızlığın cavabı olacaq. Sizi isə məsələdən xəbərdar olan vicdanı vətəndaşlarımız, veteran və qazilərimiz, ən əsası Allah bağışlamayacaq”.

Cavidan deyir ki, direktor onu nə səbəbə işə götürməməsinin səbəblərini xalqa açıqlamağa borcludur:

"Mətbuat işçiləri, son dərəcədə xahiş edirəm, bu insanın belə ciddi məsələdən yayınmağına göz yunmayın. Niyə veteran olaraq mənə yer yoxdu deyib, başqalarını gözüyumulu işə götürür, bunun cavabını versin. Haqq zəfər çalsın”.

Qeyd edək ki, mərhum şair Nüsrət Kəsəmənlinin oğlu qazi-aktyor Cavidan Kəsəmənli Gənc Tamaşaçılar Teatrına işə düzəlmək üçün müraciət edib. Teatrın direktoru isə "ştatda boş yer yoxdur”- deyə cavab verib. Lakin Cavidan Kəsəmənlinin işlə əlaqədar müraciətindən sonra teatra bir neçə aktyor işə götürülüb.

Bahar Rüstəmli