Tanışını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verərək 20 min manat pulunu alan şəxs saxlanılıb.
Qayanrinfo-nun məlumatına görə, 1985-ci ildə Lerik rayonunun Şingədulan kəndində anadan olan Elvin tanışı Fətullaya (şərti) İqtisadiyyat Nazirliyində məsul vəzifədə işləyən nüfuzlu tanışlarının vasitəsilə maksimum bir ay müddətində onu Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsində inspektor vəzifəsinə təyin etdirə biləcəyini deyib.
Bu məqsədlə ondan 20 min manat pul alıb. Hadisədən bir neçə ay keçməsinə baxmayaraq, Elvini axtarsa da, tapa bilməyən Fətulla 20 manat məbləğində pulunu ələ keçirdiyini başa düşüb.
Elvinin barəsində hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlib.
Məhkəmənin qərarı ilə Elvin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Əhməd