Xəbər lenti

Tanrıya görə özünü bu vəziyyətə saldı (FOTOLAR)
Dünya08:19 01.10.2017

Tanrıya görə özünü bu vəziyyətə saldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanlı Mahant Amar Bharti Ji adlı adam Tanrı Şiva üçün 1973-cü ildən bəri sağ qolunu yuxarıda saxlayır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Amar Bharti əlini havaya qaldırmadan 3 il əvvəl ailəsini, dostlarını, işini özünü dinə həsr etmək məqsədilə tərk edir. Daha sonra isə gördüyü yuxudan təsirlənərək əlini qaldırır və bir daha onu aşağı salmır.

Yuxuda belə qolunu aşağı salmayan Bharti 44 ildir çəkdiyi əzablara və qolundakı deformasiyaya baxmayaraq geri addım atmır. Bununla mənəvi rahatlıq tapdığını deyən bu şəxs yerli əhali tərəfindən müqəddəs hesab edilir.

Gülşən

Qaynarinfo.Az