Müharibədəki məğlubiyyətdən sonra Almaniya hakimiyyəti sülh, Avropa və transatlantik təhlükəsizlik nizamına inteqrasiya yolu ilə ölkəni irəlilətmək qərarına gəlib. Lakin Rusiyanın təcavüzü onu Avropadakı yeri ilə bağlı fikrini dəyişməyə məcbur edir.
Qaynarinfo bu barədə "The New York Times"a istinadən xəbər
verir.
Qeyd olunur ki, Almaniya müharibədən sonrakı dövrdə iqtisadiyyatını ucuz Rusiya enerjisi hesabına bərpa edib. Mərkəzi və Şərqi Avropa, Sovet İttifaqı və Çinlə ticarət əlaqələri qurub. O vaxtkı hakimiyyət orqanlarının fikrincə, bu, avtoritarizmi yumşalda bilərdi.
Bununla belə, Rusiyanın Ukraynaya müdaxiləsi Almaniya və ölkə rəhbərliyinə meydan oxuyub. Bu, onlarda siyasi və psixoloji sarsıntı yaradıb. Jurnalistlərin fikrincə, bu, Almaniyanın özünün "Leopard 2” əsas döyüş tankını Ukraynaya göndərmək istəməməsinə, həmçinin digər ölkələrin buna icazə verməsinə səbəb olub.
NYT bildirir ki, kansler Olaf Şoltsun mövqeyi Almaniyanı təcrid etmək və müttəfiqləri qəzəbləndirmək riski yarada bilər. Eyni zamanda, Almaniyanın gecikməsinin ən böyük nəticəsi 2023-cü ilin yazında proqnozlaşdırılan Rusiya hücumunun qarşısını almağa maneə olması da mümkündür.